Cümə axşamı, 02 May

"ABŞ Qəzza zolağının işğalında iştirak edəcək" - Makqreqor

image

İsrailə hərbi dəstək ABŞ-nin İrana qarşı müharibəsinə səbəb ola bilər.

Xəbər verilir ki, bunu Pentaqonun keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor amerikalı teleaparıcı Taker Karlsonla söhbətində deyib. 

Onun sözlərinə görə, bu münaqişə baş verərsə, planet üçüncü dünya müharibəsinə qərq olacaq. 

Aparıcı müşavirə, "Amerika əsgərlərinin Qəzzanın işğalında fiziki olaraq iştirak edəcəyinə inanırsınızmı?", sualını ünvanlayıb:

"Əminəm ki, edəcəklər. Orada girov götürülən ABŞ vətəndaşları var. Biz artıq bəyan etmişik ki, girovların azad edilməsində İsrailə kömək edəcəyik. Yeganə problem, belə çətin vəziyyətdə döyüşməli olsaq, onları necə azad edəcəyimizdir.Hər şey ABŞ Silahlı Qüvvələrinin Qəzza zolağında İsrailin quru əməliyyatında iştirakı ilə başlaya bilər”, - Makqreqor bildirib.

Eyni zamanda, Pentaqon artıq məhdud sayda Amerika əsgərinin hazırda İsraildə olduğunu etiraf edib. Onlar fövqəladə hallar deyilən hallarda lazımdır. Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi isə bir gün əvvəl bildirib ki, Vaşinqtonun kifayət qədər sayda hərbi məsləhətçiləri var və onlar İsrailə getməyə tam hazırdırlar.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15